Kərəm Kınık: "Vətəndaşları qan verməyə dəvət edirik"

"Zəlzələ bölgəsinə qan çatdırırıq. Milli qan ehtiyatımız var, vətəndaşları əlavə ehtiyaclar üçün qan verməyə dəvət edirik".

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık sosial media hesabında açıqlama verib.

Zəlzələ bölgəsinə əlavə qan və qan məmulatlarının daşındığını bildirən Kınık, bölgədəki qan banklarında birinci mərhələ daşınması üçün qan ehtiyatının olduğunu bildirib: "Vətəndaşlarımızı gələcəkdə yarana biləcək əlavə ehtiyaclar üçün gün ərzində Türkiyə daxilində qan verməyə dəvət edirik", - deyə o əlavə edib.

Pərvanə