Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib - YENİLƏNİB

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

“Report” Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.

08:14

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Dağıntılar altında çox sayda insanların qaldığı bildirilir.