- Türkiyə
- 19 Fevral 2023 05:00
- 5 109
Adanada 4,4 bal gücündə zəlzələ olub

Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,4 bal gücündə zəlzələ olub.
Aznews.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 04:56-da qeydə alınan yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, Türkiyədə zəlzələ baş verən bölgələrdən biri olan Adanada axtarış-xilasetmə işləri başa çatıb. Bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub.