- Türkiyə
- 24 May 12:25
- 1 552
İŞİD lideri İstanbulda saxlanılıb

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən əməliyyatda təşkilatın 12 nəfərlik bloku məhv edilib.
Aznews.az xəbər verir ki, əməliyyatda İŞİD-in Mərmərə şefi adlandırılan Bilal Özbuğday saxlanılıb.
Şübhəlilərin İstanbulun 8 rayonunda yeni struktur axtarışında olduqları müəyyən edilib. Araşdırmalar çərçivəsində terrorçulardan Türkiyəyə gələn insanlara maddi-texniki və maliyyə dəstəyi verdiyi üzə çıxıb.
Həbs edilən 12 nəfərin polis bölməsində istintaqı davam etdirilir.
Mövsüm