Hakan Fidan isveçrəli və misirli həmkarları ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Nyu Yorkda İsveçrənin xarici işlər naziri İqnazio Kassis və Misirin xarici işlər naziri Samih Şükri ilə görüşüb.

Aznews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası üçün Nyu Yorkda olan Fidan sıx diplomatik gediş-gəlişini davam etdirir.

Nazirliyin X sosial media platformasındakı paylaşımına görə, Fidan BMT Baş Assambleyasının kənarındakı Türkevi binasında isveçrəli həmkarı Kassis ilə görüşüb.

Tərəflər ikitərəfli münasibətləri, regional məsələlər və beynəlxalq təşkilatlar üzrə əməkdaşlıq, Ukraynadakı son hadisələri müzakirə ediblər.

Xarici işlər naziri Fidan misirli həmkarı Şükri ilə də görüşüb.

Mövsüm