İraqın şimalında 5 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə əməliyyatlarının qətiyyətlə davam edəcəyi vurğulanıb.

Yazıda "Terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib",-deyə qeyd edilib.

Mövsüm

Aznews.az