Prezident Ərdoğan G-7 Sammitində ABŞ prezidenti Bayden ilə görüşüb

Prezident Ərdoğan G7 Liderlər Zirvə toplantısına qatılmaq üçün İtaliyanın Borgo Egnezia şəhərində təmaslarına başlayıb.

İtaliyanın baş naziri Ciorcia Meloni sammitə gələn liderləri bir-bir qarşılayıb.

Prezident Ərdoğan zirvəyə gələrkən Meloni ilə əl sıxaraq mətbuat mənsublarına pozalar verib.

Sammit çərçivəsində liderlərlə görüşən prezident Ərdoğan son olaraq ABŞ prezidenti Co Baydenlə görüşüb.

Bir müddət söhbət edən Ərdoğan və Baydenin şən əhval-ruhiyyəsi diqqətdən yayınmayıb.

Mövsüm

Aznews.az