Ukrayna rəsmiləri müxalifətə dəstəkdən narahatdır

Kiyevde kecirilən ATƏT-in Nazirlər Şurasının 20-ci iclası Ukrayna prezidenti Viktor Yanukoviçin müraciəti ilə başlayıb. Yanukoviçin müraciətini Ukraynanın baş naziri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

AzNews.az-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, həm prezidentin müraciətində, həm də baş nazir və xarici işlər nazirinin çıxışında Ukraynanın Avropa ilə əlaqələrindən, Avropada təhlükəsizlik ücün verdikləri tövhələrdən danışılıb.

Ukraynalı rəsmilər iclasda iştirak etmək üçün Kiyevə gələn xarici ölkə təmsilçilərinin müxalifətə dəstək verməsindən narazılıqlarını hiss etdiriblər. Onlar dəfələrlə çıxışlarında "Ukraynanın qanuni secilmiş prezidenti", "qanuni hökumət" kimi ifadələr işlədərək narahatlıqlarını biruzə veriblər.

Aynur
AzNews.az




***
12:06
Kiyevdə sakinlər avtomobillərlə "Berkut" xüsusi təyinatlıların yerləşdiyi bazanın ətrafını bağlayaraq aksiyanı davam etdirir.

AzNews.az xəbər verir ki, məqsəd Berkutu və hərbçiləri "Meydan"a, etiraz aksiyasını dağıtmağa buraxmamaqdır.

"Biz Vasilkova ərazisində Aviasiya kollecinin hərbi hissənin mühasirədə saxlayırıq. Canlı sədd çəkmişik . Məhz burada 33 avtobusdakı xüsusi təyinatlının "Meydan"a getməsinə imkan vermirik "- deyə yerli sakinlərin biri məlumat verib.

Sakinlərin sözlərinə görə, hərbi qarnizonun rəisi, general-mayor Arkadi Vaşutin ilə danışıqlar başa çatdırılıb. Vaşutin aksiyaçılara qarşı güc tətbiq etməməyə və etiraz aksiyasını qorumağa söz verib.

O, həmçinin qarnizon rəhbərliyinin də təxribat törədilməsinin əleyhinə olduğunu vurğulayıb.



Elman
AzNews.az