ABŞ və Hindistan bu aydan İrana qarşı qüvvəyə minəcək sanksiyalar çərçivəsində İslam Respublikasından neft alışı şərtlərini razılaşdırıb. ABŞ və Hindistan bu aydan İrana qarşı qüvvəyə minəcək sanksiyalar çərçivəsində İslam Respublikasından neft alışı şərtlərini razılaşdırıb.
  • Qərb
  • 1 Noyabr 2018 16:21
  •  1 372

ABŞ İrandan neft almağa razılıq verdi

ABŞ və Hindistan bu aydan İrana qarşı qüvvəyə minəcək sanksiyalar çərçivəsində İslam Respublikasından neft alışı şərtlərini razılaşdırıb.

Bu barədə Hindistanın "Economic Times" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Daha əvvəl Hindistan İrandan neft idxalını, təxminən, ümumi həcmin üçdə biri qədər azaltmağa qərar vermişdi.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, məsələ ilə bağlı rəsmi açıqlamanın qarşıdakı günlərdə verilməsi gözlənilir.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İranın yanacaq-energetika kompleksinə və İran Mərkəzi Bankının əməliyyatlarına sanksiya tətbiq etməyi planlaşdırır.

Rəsmi Vaşinqton daha əvvəl bütün ölkələrin İrandan neft idxalını sıfıra endirməli olduğunu tələb edirdi, ancaq bu gün ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəzi dövlətlərin İrandan neft almağı davam etdirmələrini anlayışla qarşıladıqlarını və onların İrandan neft tədarükünü dərhal sıfır səviyyəsinə endirə bilməyəcəklərini, ABŞ-ın tərəfdaşları və dostlarına ziyan vurmaq istəmədiyini söyləyib. (report)

© AzNews.az