AFR kansleri Angela Merkel bildirib ki, ölkə hökuməti 2019-cu ilin birinci yarısından gec olmayaraq silah ixracı barədə yeni qaydalar hazırlamaq niyyətindədir. AFR kansleri Angela Merkel bildirib ki, ölkə hökuməti 2019-cu ilin birinci yarısından gec olmayaraq silah ixracı barədə yeni qaydalar hazırlamaq niyyətindədir.
  • Qərb
  • 18 Dekabr 2018 11:21
  •  972

Almaniya silah ixracı şərtlərini sərtləşdirir

AFR kansleri Angela Merkel bildirib ki, ölkə hökuməti 2019-cu ilin birinci yarısından gec olmayaraq silah ixracı barədə yeni qaydalar hazırlamaq niyyətindədir.

2018-ci ilin fevral ayında imzalanmış koalisiya müqaviləsinin bir bəndində həmin qaydaların hələ cari ildə sərtləşdirilməsi nəzərdə tutulub.

Keçən il Almaniyadan ixrac edilmiş silahların ümumi dəyəri 2,65 milyard avroya bərabər olub. Bu, son 10 ildə rekord göstəricidir. Onu da qeyd edək ki, bu rəqəm bütün hərbi məhsulları deyil, yalnız döyüş vasitələrini əhatə edir.(AZƏRTAC)

© AzNews.az