Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb. Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.
  • Qərb
  • 3 Yanvar 2019 10:01
  •  2 341

ABŞ-Meksika sərhədində 376 mühacir həyatını itirib

Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.

Ölənlərdən 20-si qadın, 4-ü uşaqdır. Sərhəddə həlak olanların yarısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hesabatda qeyd edilib ki, ABŞ-da büdcə böhranına görə federal hökumətin fəaliyyəti müvəqqəti olaraq dayanıb və 2018-ci il dekabrın 21-dən sərhəddəki vəziyyətlə bağlı qeydiyyat aparılmayıb. Ona görə də ölən miqrantların sayının göstərilən rəqəmdən çox olduğu ehtimal edilir.(report.az)

© AzNews.az