• Qərb
  • 16 Yanvar 2019 09:38
  •  596

Avropa Birliyi və Böyük Britaniya anlaşmasız ayrılığa hazırlaşır

"Bunu istəməsək də hazırlaşacağıq”.

Avropa Şurasının sözçüsü Preben Aamann Böyük Britaniyanın baş naziri Tereza Meyin Brexit müqaviləsinin ingilis parlamentində keçirilən səs vermədə rədd edilməsi ilə bağlı danışıb.

AzNews.az xəbər verir ki, "27 Avropa Birliyi üzvü birlikdə olmalı və məsuliyyət daşımalıdır" sözlərini deyən Aamann Brexitə görə meydana gələn zərəri minimuma endirməyə çalışacaqlarını bildirib.

Aamann İngiltərədəki səs vermənin ardınca hər ehtimala qarşı hazırlıqlarını davam etdirəcəklərini qeyd edib:

“Bu səs vermə ilə Böyük Britaniyanın Birlikdən anlaşmasız ayrılma ehtimalı artdı. Bunu istəməsək də hazırlaşacağıq”.

Qeyd edək ki, İngiltərə parlamentində keçirilən səs vermədə Meyin AB-dən çıxmaq təklifinə 202 nəfər "hə", 432 nəfər isə "yox" deyib.

Pərvanə Ağazadə

AzNews.az