• Qərb
  • 21 Yanvar 2019 08:59
  •  384

Ərdoğanla Tramp Suriyanı müzakirə etdilər

Ərdoğan və Tramp telefonla Suriyada təhlükəsizlik zonaları barədə danışıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon söhbəti edib.

İki ölkə lideri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.

Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

Ərdoğanın Mənbicdəki terror aktı zamanı həlak olunan ABŞ hərbçilərinin həlak olması ilə bağlı Trampa baş sağlığı verib. Ərdoğan bu hadisənin ABŞ Prezidentinin Suriyadan qoşunlarını çıxartmaq qərarına təsir etmək üçün yönəldiyini əlavə edib.(trend.az)

© AzNews.az