Qırğızıstan Bakıda səfirlik binasına torpaq sahəsi ayrılması üçün Azərbaycan hökumətinə müraciət edib

Qırğızıstan Bakıda səfirlik binasının inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət edib.

Aznews.az xəbər verir ki, Bunu Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.

“Biz Bakıda tamhüquqlu səfirliyin tikintisi üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət etmişik. Müvafiq bina və qurğularla səfirliyin tikintisi niyyətimiz iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğumuzu sübut edir. Ümid edirik ki, məsələ müsbət həll olunacaq”, - səfir qeyd edib.