- Fanat
- 12:16
- 928
İnfantino: Matçlardakı üç dəqiqəlik fasilələr pul qazanmaq üçün deyil
FİFA prezidenti Canni İnfantino 2026-cı il futbol üzrə dünya çempionatında tətbiq olunacaq üç dəqiqəlik fasilələrin əlavə gəlir əldə etmək məqsədi daşımadığını bildirib.
İnfantinonun sözlərinə görə, bu qərar yalnız idman amilləri nəzərə alınaraq qəbul edilib.
“FİFA əlavə gəlir əldə etmir, çünki bütün kommersiya müqavilələri bundan xeyli əvvəl bağlanıb. Buna görə də bu, maliyyə məsələsi deyil. Bu, sırf idman məsələsidir”, – deyə o vurğulayıb.
FİFA rəhbəri qeyd edib ki, matçların 22-ci və 67-ci dəqiqələrində nəzərdə tutulan qısa fasilələr 39 gün ərzində isti hava şəraitində oynayan komandaların bərpasına kömək etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, bu qayda bütün oyunlara şamil olunacaq ki, məşqçilər və komandalar hava şəraitindən asılı olmayaraq oyun zamanı kiçik taktiki düzəlişlər etmək üçün bərabər imkan əldə etsinlər.
Mövsüm,
AzNews.az