- Dünyanın halı
- 17:45
- 994
Əraqçi: İran Çinin regionda sülh prosesində fəal iştirakının davam etməsinə ümid edir
İran Yaxın Şərq regionunda sabitliyin bərqərar edilməsində Çinin bundan sonrakı dəstəyinə ümid edir.
Aznews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə görüşünün yekunları barədə "X" sosial şəbəkəsində bildirib.
İran XİN rəhbərinin sözlərinə görə, danışıqlar konstruktiv keçib.
"İran tərəfi Çinin regionda sülhün və sabitliyin qorunması və irəlilədilməsi üzrə təklif etdiyi "dörd prinsip"i yüksək qiymətləndirdi. Tehran Çin tərəfinə etibar edir və ümid edir ki, ÇXR sülhə kömək etmək və münaqişəni dayandırmaq işində fəal rol oynamağa davam edəcək, həmçinin eyni vaxtda həm inkişafı, həm də təhlükəsizliyi təmin edə biləcək yeni müharibədən sonrakı regional arxitekturanın yaradılmasını dəstəkləyəcək", - Əraqçi yazıb.
Xatırladaq ki, aprelin 14-də ÇXR sədri Si Cinpinq Yaxın Şərqdə sülhün və sabitliyin qorunması üzrə dörd təklif (prinsip) irəli sürmüşdü. Təkliflərə aşağıdakılar daxildir: dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi; iqtisadi maraqların sabitliyin təmin edilməsi ilə birləşdirilməsi; Fars körfəzi ölkələri arasında dialoqa kömək edilməsi; təhlükəsizlik arxitekturasının formalaşdırılmasında beynəlxalq hüquqa riayət olunması.