Böyük Britaniyanın yeni baş naziri seçildi - YENİLƏNİB

Boris Conson Böyük Britaniyanın yeni baş naziri seçilib

O, vəzifəsinin icrasına iyulun 24-də başlayacaq.

B.Conson hökumət başçısı vəzifəsini artıq istefa vermiş baş nazir Tereza Meydən təhvil alacaq. Yeni baş nazirin əsas hədəfi oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından tam çıxarmaq üçün hazırda davam edən hüquqi prosedurları yekunlaşdırmaqdır.

***
11:44

Bu gün Böyük Britaniyanın yeni baş naziri seçiləcək.

Bu barədə BBC məlumat yayıb.

İyulun 23-də Britaniya Mühafizəkarlar Partiyasının yeni liderinin adı açıqlanacaq. Partiya sədrliyi uğrunda mübarizə Aleksander Boris de Pfeffel Conson və Ceremi Riçard Sreynşem Xant arasında gedəcək. Partiya sədri seçiləcək şəxs həm də Böyük Britaniyanın yeni baş naziri olacaq.

Seçkinin nəticələri günün ikinci yarısı açıqlancaq. Ancaq Britaniyada çıxan səhər qəzetləri Boris Consonun baş nazir olacağına şübhə etmədiklərinin yazıblar.(report.az)

AzNews.az