"Mən "Apple" kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm" "Mən "Apple" kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm"
  • Qərb
  • 21 Avqust 2019 09:02
  •  4 668

Tramp “Apple” şirkətini Çindən getməyə çağırdı

"Mən "Apple" kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm"

ABŞ prezidenti Donald Tramp Amerikanın "Apple" şirkətini Çin Xalq Respublikasında istehsalı dayandırmağa çağırıb.

Bu barədə TASS xəbər verir.

Ağ Ev rəhbəri Rumıniya prezidenti Klaus Yohannislə görüşdə deyib ki, onun köməyi olmadan böyük korporasiyaların problemləri ortaya çıxa bilərdi.

"Mən "Apple" kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm. Vaxt çox qısadır. Onlar hələ ki, nəyi etməlidirlər onu etməyəcəklər", - deyə Tramp bildirib.

O, qeyd edib ki, söhbət "Çindən getməkdən" gedir.(report.az)

AzNews.az