"Səni tezliklə görmək üçün səbrsizlənirəm" "Səni tezliklə görmək üçün səbrsizlənirəm"
  • Qərb
  • 23 Oktyabr 2019 23:25
  •  2 965

Trampdan daha bir SENSASİYALI ADDIM: Terror qruplaşmasının liderini Ağ Evə dəvət etdi

"Səni tezliklə görmək üçün səbrsizlənirəm"

ABŞ prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən sanksiyaları dayandırdıqdan qısa müddət sonra YPG-nin rəhbəri Mazlum Kobani haqda "Twitter" səhifəsində paylaşım edib.

AzNews.az xəbər verir ki, o, qırmızı bülletenle axtarılan terroristi "görmək üçün səbrsizləndiyini" deyib.

"General Mazlum, xoş sözləriniz və cəsarətinizə görə təşəkkür edirəm. Xahiş edirəm Kürd xalqına dərin hörmətimi çatdırın. Səni tezliklə görmək üçün səbrsizlənirəm".

Trampın yazdıqları "YPG-li terrorist Mazlum Ağ Evə dəvət olundu" formasında başa düşülüb.

PKK terror təşkilatını Avropa İttifaqı, çox sayda NATO ölkəsi və ABŞ terror siyahısına salıb. Buna baxmayaraq həmin ölkələr Suriyada fəaliyyətini davam etdirən və PKK-nın bir qolu olan YPG-ni terror qruplaşması kimi tanımır.

Abdullah Öcalanın "mənəvi övladım" dediyi, əsl adı Fərhad Abdi Şahin olan Mazlum Kobani Türkiyədə qırmızı siyahı üzrə axtarışdadır.

Qeyd edək ki, Türkiyə DİN qırmızı siyahı üzrə axtarılan terroristlər haqda məlumat verən şəxslərə 4 milyon türk lirəsi mükafat verir.

Pərvanə

AzNews.az