- Qərb
- 21 Noyabr 2022 10:48
- 3 874
Pentaqon rəhbəri: “ABŞ Ukraynaya dəstəyini davam etdirəcək”
“ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım göstərib və rəsmi Kiyevə dəstəyini davam etdirəcək”.
Aznews.az Report.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.
“İndiyədək Ukraynaya 20 milyard dollardan çox yardım göstərmişik. Bununla bağlı bəyanatlarımızı eşitmisiniz, Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyik”, - o vurğulayıb.