- Qərb
- 27 Mart 2023 07:44
- 4 289
Kirbi: Bayden qərarında qətidir, ABŞ əsgərləri...

Amerikalı əsgərlər Suriyada xidmətlərinə davam edəcək.
AzNews.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, Bayden ABŞ əsgərlərini Suriyada saxlamaq qərarında qətidir.
"Suriyada mindən az əsgərimiz var və onlar hələ də bu aktiv və kritik şəbəkəni (İŞİD) təqib edirlər", - deyə Kirbi əlavə edib.