• Qərb
  • 30 Aprel 13:24
  •  2 087

TikTok sosial şəbəkəsi Avropa İttifaqında (Aİ) bloklana bilər

Çinin "ByteDance" şirkətinə məxsus TikTok sosial şəbəkəsi Avropa İttifaqında (Aİ) bloklana bilər.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.

"Bu, istisna deyil",-deyə Politico qəzeti avropalı siyasətçidən sitat gətirib.

Von der Leyen əlavə edib ki, Avropa Komissiyası dünyada TikTok-un korporativ smartfonlarda istifadəsini qadağan edən ilk təşkilat olub.

Mövsüm

AzNews.az