• Qərb
  • 9 İyul 17:41
  •  2 481

Tramp: Bayden üçün namizədlikdən geri çəkilməyi qəbul etmək çətindir

Donald Tramp namizədlik yarışında mübarizə apardığı ABŞ prezidenti Co Baydeni tənqid etməkdə davam edir .

Müsahibələrində Baydenin yaşını və siyasi rəftarlarını tənqid edən Tramp Kamala Harrisi tənqid etməkdən də çəkinməyib.

Noyabrda keçiriləcək seçkilərdə namizəd olan Tramp vədlərini açıqlamaq üçün yeni müsahibə verib.

"O, namizədliyini geri götürməyəcək"

"Fox News"-a müsahibəsində Tramp qeyd edib ki, Bayden Demokratlar Partiyasının daxilindən bəzi etirazlara baxmayaraq, namizədliyindən geri çəkilməyəcək.

Baydenlə bağlı açıqlama verən Tramp, "Mən düşünürəm ki, o, namizədliyində qala bilər. Təzyiq altında heç kim namizədlikdən geri çəkilmək istəmir. Özünü uzun müddət pis hiss edəcək. Təzyiq altında namizədlikdən geri çəkilmək çətin bir işdir qəbul edin",- deyə qeyd edib.

Tramp deyib ki, Baydenin namizədliyinə etiraz edən demokratlar bunu ABŞ Konstitusiyasında prezidentin səlahiyyətlərini itirdiyi halda atılacaq addımları tənzimləyən “25-ci düzəliş” dən istifadə edərək edə bilərlər.

"Məncə, o, səriştəsizdir. O, sərhədə cavabdeh idi, lakin heç vaxt orada olmayıb və bacarmadı. O, çox şeydə yaxşı iş görmədi",-deyə Tramp Kamala Harris haqqında da öz fikirlərini bildirib.

Mövsüm

AzNews.az