- Qərb
- 5 May 18:17
- 1 070
İsveç və Britaniya Finlandiyada hərbi təlimlərdə iştirak edəcək

Finlandiya, İsveç və Böyük Britaniya mayın 12-dən 31-dək Finlandiyanın Laplandiyasında hərbi təlimlər keçirəcək.
Bu barədə Finlandiya Quru Qoşunlarının saytında məlumat verilib .
Departamentdən bildirilib ki, təlimlər Rovajarvi poliqonunda baş tutacaq. Onlarda ümumilikdə 6,5 minə yaxın insan iştirak edəcək ki, onlardan 350-si Böyük Britaniyadan, 900-ü isə İsveçdən olacaq.
“Təlimlərin məqsədi Şimal Əməliyyat Bölgəsində çoxmillətli quru əməliyyatının planlaşdırılması və aparılması bacarıqlarının inkişaf etdirilməsi, həmçinin Alyans tərəfindən atəş gücü, liderlik, kəşfiyyat və situasiyadan xəbərdarlığın birgə istifadəsi üzrə təcrübə keçməkdir”, - məlumatda deyilir.
Mövsüm
Aznews.az