- Qərb
- 9 May 10:31
- 1 534
Sikorski: Türkiyə və Çin Ukraynada vasitəçi qismində ABŞ-ni əvəz edə bilər

Əgər ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan geri çəkilərsə, Türkiyə və Çin Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış edə bilər.
Bu bəyanatla Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib.
O vurğulayıb ki, Vaşinqtona vasitəçilik prosesində uğurlar arzulayır, lakin ABŞ danışıqlar prosesini tərk etmək qərarına gəlsə, başqa variantlar da var.
Sikorski Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ilə birgə mətbuat konfransı zamanı deyib: "Əgər [ABŞ-nin iştirakı ilə] bu [danışıqlar] prosesi uğursuz olarsa, başqa namizədlər var. Açıq kommunikasiya kanallarını saxlayan Türkiyə var və "İlk növbədə Çin var".
Mövsüm
Aznews.az