• Qərb
  • 12 May 20:57
  •  985

Starmer Böyük Britaniyanın daha sərt immiqrasiya siyasətini elan edir

Xaricilərin axınını azaltmaq üçün Britaniyanın immiqrasiya siyasəti sərtləşdiriləcək.

Bu barədə ölkənin baş naziri Keir Starmer mətbuat konfransında bildirib.

"Açıq deyim ki, indi hər şey bitdi. Biz idarə olunan, seçici və ədalətli miqrasiya sistemi yaradacağıq", - "Sky News" onun sözlərindən sitat gətirib.

Baş nazir miqrasiya ilə bağlı Ağ Kitab layihəsinin dərcindən əvvəl Böyük Britaniyanın yeni miqrant siyasətini şərh edib. O, miqrantların sayının “əhəmiyyətli dərəcədə” azalacağını vurğulasa da, gözlənilən rəqəmləri açıqlamayıb.

Mövsüm

Aznews.az