• Qərb
  • 12 May 21:22
  •  870

Aİ Çexiyanın yeni nüvə layihəsini dəyərləndirir

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Tomas Regnier Brüsseldə mətbuat konfransı keçirib.

Görüşdə Çexiyanın yeni nüvə layihəsi müzakirə olunub.

Regnier iclasda bildirib ki, Komissiya Çexiya hökumətinə nüvə stansiyası layihəsi ilə bağlı məktub göndərib və məktubda Dukovanıda yeni reaktorlar üçün Cənubi Koreyalı iddiaçıya Xarici Subsidiyalar Qaydası çərçivəsində narahatlıqlarını ifadə ediblər.

AB Komissiyasının fevralın 12-də sözügedən tənzimləmə çərçivəsində podratçı və Cənubi Koreyalı iddiaçıdan rəsmi məlumat tələb etdiyini xatırladan Regnier, bu məlumat tələbinin hələ cavablandırılmadığına diqqət çəkib.

Regnier izah edib ki, hazırkı mərhələdə nüvə layihəsinin dayandırılması ilə bağlı Çexiyaya müraciət göndərilməyib və bu məsələ ilə bağlı müvəqqəti tədbir qərarını müstəqil Çexiya məhkəməsi qəbul edib.

Mövsüm

Aznews.az