Nikusor Dan Rumıniya prezident seçkilərində qalib gəlib

Buxarest meri və Rumıniyanın hakim partiyasının namizədi Nikusor Dan bülletenlərin 99%-i hesablandıqdan sonra prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Hesablamalara görə, Dan 54%-dən çox səsə malikdir. O, seçicilərə müraciət edərək bildirib ki, qələbəsi həmvətənlərinə məxsusdur.

"Bu, bu günlərdə kampaniyanı dəstəkləyən və Rumıniyanın düzgün istiqamətdə dəyişə biləcəyinə inanan minlərlə insanın qələbəsidir", - Dan mətbuat konfransında deyib.

Mövsüm

Aznews.az