- Paytaxt
- 18 May 22:56
- 1 583
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 18-də Roma Papası XIV Leonun taxtaçıxma mərasimində iştirak edib.
Bu barədə Aznews.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
S.Qafarova dünya ölkələrinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma Papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.



