- Hadisə
- 16 May 12:49
- 1 457
Emin Əmrullayev FIBA-nın Bəhreyndəki Konqresində iştirak edir

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən "FIBA Mid-Term Congress 2025"də iştirak edirlər.
Bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.
Burada 160-dan çox milli federasiya növbəti inkişaf mərhələlərini müzakirə edir.
Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.