• Qərb
  • 30 May 15:15
  •  1 918

Serbiyada müdafiə zavodunda partlayış olub

Partlayış Serbiyanın Valyevo şəhərində yerləşən Kruşik hərbi zavodunun ərazisində baş verib.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə N1 telekanalı məlumat yayıb .

Partlayışın saat 07:40-da zavodun presləmə işlərini apardığı zaman baş verdiyi bildirilir.

" Bir işçi kəsik şəklində xəsarət alıb, dörd işçidə isə tinnitus əlamətləri müşahidə olunur”, – nəşrdə deyilir.

Mövsüm

Aznews.az