- Qərb
- 30 May 19:36
- 1 824
Amerikalı iqtisadiyyatçı: ABŞ hökmranlıq dövrünün bitdiyini qəbul edə bilmir

ABŞ-nin qlobal hökmranlığı dövrü bitdi, lakin dövlət bunu hələ qəbul edə bilmir.
Bu barədə amerikalı iqtisadçı Cefri Saks bildirib.
"Düşünürəm ki, ABŞ-nin qlobal hökmranlığı erası başa çatıb. Biz çoxqütblü dünyada yaşayırıq. Rusiya böyük gücdür. ABŞ böyük dövlətdir. Çin böyük gücdür. Hindistan böyük gücdür. Birləşmiş Ştatlar artıq əksər məsələlərdə öz iradəsini tətbiq edə bilməz. "Bu, artıq baş verib", - o, müsahibəsində deyib .
Saks-a görə, Amerika administrasiyası inkar vəziyyətindədir. ABŞ-də onlar hələ də "hər şeyi idarə edən" olduqlarına inanırlar. Amerikalı iqtisadçı bunu təhlükə yaradan yanlışlıq adlandırıb.
Mövsüm
Aznews.az