- Qərb
- 30 May 19:41
- 1 808
Reuters: Trampın ticarət müharibələri biznesə 34 milyard dollardan çox ziyan vurdu

ABŞ prezidenti Donald Trampın digər ölkələrlə başlatdığı xarici ticarət qarşıdurması artıq Amerika və dünyanın digər kommersiya şirkətlərinə 34 milyard dollardan çox başa gəlib.
Bu barədə Reuters agentliyi məlumat verib.
"Prezident Donald Trampın ticarət müharibəsi şirkətlərə 34 milyard dollardan çox satış itkisi və xərclərin artmasına səbəb olub. Tariflərin qeyri-müəyyənliyinin davam etməsi dünyanın ən böyük şirkətlərində qərarların qəbulunu iflic etdiyi üçün bu rəqəmin artacağı gözlənilir", - nəşr yazır.
Agentlik şirkətlərin korporativ hesabatlarını təhlil edib, ona görə demək olar ki, bütün itkilər - 33 milyard dollar birjalarda satılan iri şirkətlərin qiymətləndirmələrinə əsaslanır.
Mövsüm
Aznews.az