• Qərb
  • 30 May 20:00
  •  1 813

Fransada ictimai yerlərdə siqaret çəkmək qadağandır

Fransanın Ailə və Səhiyyə Nazirliyi dünən açıqladı ki, uşaqların ola biləcəyi bütün açıq yerlərdə siqaret çəkməyi qadağan edəcək.

Bildirilib ki, yeni qadağalar iyulun 1-dən qüvvəyə minəcək.

Fransa əmək, səhiyyə və həmrəylik naziri Ketrin Votrinin sözlərinə görə, qadağalar çimərliklər, parklar, məktəb əraziləri, avtobus dayanacaqları və idman meydançaları da daxil olmaqla, uşaqların ola biləcəyi bütün əraziləri əhatə edir.

Votrin yerli qəzetə deyib: "Uşaqların olduğu yerlərdən tütün məmulatları yoxa çıxmalıdır. Siqaret çəkmək azadlığı uşaqların təmiz nəfəs alma azadlığının başladığı yerdə bitir".

Nazir Votrin qaydalara əməl etməyənlərin 135 avroya qədər cərimə ödəyəcəyini, Fransada kafe terraslarında qadağanın tətbiq edilməyəcəyini və elektron siqaretdən istifadənin qadağaya daxil olmadığını bildirib.

Fransa ilə yanaşı Böyük Britaniya da keçən il oxşar siqaret qadağası elan etmişdilər. İspaniyanın bəzi bölgələrində çimərliklərdə siqaret çəkmək də qadağan edilib. İsveçdə 2019-cu ildən restoran terraslarında, avtobus və qatar vağzallarında siqaret çəkmək qadağan edilib.

Mövsüm

Aznews.az