- Qərb
- 2 İyun 20:25
- 1 926
Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı xam neftin tavan qiymətinin aşağı salınmasını ehtiva edən 18-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ senatoru Lindsey Qrem ilə görüşündən sonra sosial media hesabında paylaşım edib.
ABŞ Senatının və Respublikaçıların önəmli simalarından olan Qremlə xoş görüş keçirdiyinə diqqət çəkən Von der Leyen, "AB, xam neftin tavan qiymətinin endirilməsi də daxil olmaqla, 18-ci sərt sanksiya paketini hazırlayır. Bu addımlar ABŞ-nin gördüyü tədbirlərlə birlikdə atılan sanksiyaların ortaq təsirini əhəmiyyətli dərəcədə artıracaq" deyib.
Aİ Komissiyasından verilən açıqlamada, AB-nin Rusiyanın enerji gəlirlərini, o cümlədən Şimal axını infrastrukturunu, Rusiyanın bank sektorunu və xam neftin qiymət həddinin azaldılmasını hədəfləyən 18-ci sanksiya paketi üçün hazırlıqlara başladığı vurğulanıb.
Bəyanatda Rusiyanın neftini nəql etmək üçün istifadə etdiyi kölgə donanmasını hədəf alan addımların da həyata keçirildiyi xatırladılıb və məqsədin Kremlin maliyyə qaynaqlarını azaltmaq olduğu bildirilib.
Mövsüm
Aznews.az