Xarici diplomatlar Şuşada bərpa işlərinin gedişi ilə tanış olacaqlar

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti şənbə günü Şuşa şəhərinə gəlib.

Nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq.

Bundan əlavə, onlar şəhərin tarixi ilə tanış ola və işğal dövründə Şuşada törədilmiş dağıntıları öz gözləri ilə görə biləcəklər.