- Qərb
- 16:56
- 1 300
Budris: Ukraynanın NATO-ya üzvlük məsələsi alyans sammitinin gündəmində deyil

NATO sammitinin gündəliyinə Ukraynanın alyansa üzvlük mövzusu daxil deyil.
Bu barədə Litvanın LRT telekanalı ölkənin xarici işlər naziri Kestutis Budrisə istinadən xəbər verib.
“Bu məsələ qətiliklə NATO-nun gündəmində deyil və heç kim Haaqaya dəvət olacağına dair hər hansı bir gözlənti ifadə etməyib və biz bunu ukraynalıların özlərindən eşitməmişik”, - Budris bildirib.
Onun sözlərinə görə, vəziyyət praktiki olaraq alyansın 2024-cü ildəki sonuncu sammitindən əvvəlki kimidir.
Mövsüm
Aznews.az