- Paytaxt
- 12 İyun 22:00
- 2 818
Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb.
Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat (əvvəl 200 manat), əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat (əvvəl 150 manat) müəyyən edilib.