İlham Əliyev: Britaniya şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubunda deyilir.

"Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər

Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim", - Azərbaycan Prezidenti vurğulayıb.