- Qərb
- 14:49
- 805
Estoniya Rusiya ilə sərhəddə müdafiə xəttinin tikintisinə başlayıb

Estoniya Müdafiə Qüvvələri Dövlət Müdafiə İnvestisiya Mərkəzinin (RKİK) dəstəyi ilə ölkənin cənub-şərqində, Rusiya ilə sərhədə yaxın ərazilərdə müdafiə strukturlarının tikintisinə başlayıb.
Bu strukturlar Baltikyanı Müdafiə Xəttinin bir hissəsi olacaq.
Bu barədə respublikanın dövlət televiziyası olan ERR məlumat yayıb .
Nəşrdə qeyd edib ki, hazırda müəyyən hissələrdə tank əleyhinə arxlar qazılır. İlin sonuna kimi 28 bunker və onlarla anbar yerlərinin tikintisi nəzərdə tutulub. Bu xəttin ilk sınaq hissəsidir. Sərhəd çəpəri ilə sütunlar arasında tank əleyhinə səngər çəkilir.
Məqalədə deyilir: “RKİK bu il sərhəddəki müdafiə strukturlarına 4,4 milyon avro sərmayə qoyulacağını bildirib".
Mövsüm
Aznews.az