- Türkiyə
- 20 İyun 19:22
- 952
Prezident Ərdoğan və Almaniya kansleri Merz arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.
Türkiyənin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə İsrail və İran arasındakı münaqişə, ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı İranla nüvə mübahisələrinin həllinin yolunun danışıqlar masasından keçdiyini və İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesinin regional təhlükəsizliyə təhdidləri ən yüksək səviyyəyə çatdırdığını bildirib.
İsrailin hücumları nəticəsində yaranan zorakılıq spiralının nəticələrinin miqrasiya və nüvə sızması ehtimalı baxımından bölgəyə və Avropaya zərər verə biləcəyini ifadə edən Ərdoğan, Türkiyənin münaqişənin sona çatması və sakitliyin təmin edilməsi üçün səylər göstərdiyini və bu səylərin davam edəcəyini bildirib.
Mövsüm
Aznews.az