ABŞ-dən 245 milyard dollarlıq qızıl çıxarma çağırışı – Almaniya və İtaliya narahatdır

Almaniya və İtaliya ABŞ prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminə (FED) hücumları və geosiyasi risklər səbəbindən ABŞ- dən 245 milyard dollar dəyərində qızıl çıxarmaq çağırışları ilə üzləşiblər.

Financial Times (FT) keçmiş Avropa Parlamentinin deputatı Fabio de Masiyə istinadən bu barədə məlumat yayıb.

Dünya Qızıl Şurasının məlumatına görə, Almaniya və İtaliya milli qızıl ehtiyatlarına görə dünyada ABŞ-dən sonra ikinci və üçüncü yerləri tuturlar. Onların rəqəmləri 3352 ton və 2452 tondur. Ölkələr külçələrinin üçdə birindən çoxunu saxlanmaq üçün Federal Ehtiyat Sistemində (FRS) qoyurlar.

Keçmiş mühafizəkar Xristian Sosial Birliyinin deputatı Peter Gauveiler hesab edir ki, Bundesbank dövlətin qızıl ehtiyatlarının qorunmasına gəldikdə “güzəştlərə getməməlidir”.

Mövsüm

Aznews.az