- Dünyanın halı
- 23 İyun 20:49
- 1 068
Dəməşqdə kilsəyə hücumun təşkilatçıları saxlanılıb

Dəməşqdə kilsədə terror aktının təşkilatçıları və gizli qrup üzvləri saxlanılıb.
Bu barədə SANA xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Düveyl bölgəsindəki Mar Elias kilsəsinə edilən terror aktından 24 saatdan az müddətdə həyata keçirilən dəqiq əməliyyat nəticəsində biz hücuma görə məsul şəxsi və cinayətkar dəstənin bir sıra üzvünü həbs etdik”, - deyə ölkənin Baş Kəşfiyyat Xidmətindəki mənbə bildirib.
Qeyd olunur ki, cinayətkar dəstənin saxlanılan üzvləri “İŞİD” qruplaşması ilə əlaqəlidirlər və uzun müddətdir ki, terror aktı hazırlayırlar. SANA-nın məlumatına görə, şübhəlilərdən partlayıcı maddələr olan bir neçə kəmər, həmçinin odlu silah götürülüb.
Mövsüm
Aznews.az