İsrail Müdafiə Qüvvələri Tehran sakinlərinə çağırış edib

İsrail Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığı Tehran sakinlərini hərbi obyektlərə yaxınlaşmamağa çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin fars dilində fəaliyyət göstərən “X” hesabında paylaşım edilib.

Bu çağırış Tehranda yaşayanların şəxsi təhlükəsizliyi ilə izah edilib:

“Şəxsi təhlükəsizliyiniz üçün sizdən silah istehsalı müəssisələri, hərbi qərargahlar və təhlükəsizlik qüvvələrinə aid strukturların binalarına yaxınlaşmamağa çağırırıq”, - paylaşımda bildirilib.