- Qərb
- 29 İyun 20:43
- 1 193
Tramp: "İran ərazisində gizli nüvə obyekti ola bilər"

"İran ərazisində gizli nüvə obyekti ola bilər".
Aznews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "FOX News"a müsahibəsində deyib.
O əlavə edib ki, Vaşinqtonda İranın çox sayda nüvə müəssisələrinə malik olduğu barədə məlumatlar olub:
"Çox güman ki, İranda hazırda üç əsas və bir əlavə nüvə istehsalı obyekti var".
O həmçinin İrana zərbələr endirilməsindən sonra bir sıra ölkələrin "İbrahim müqavilələri"nə qoşulmaqla bağlı müraciət etdiyini bildirib.