• Qərb
  • 3 İyul 16:44
  •  937

Almaniyada keçmiş poliqonda meşə yanğını baş verib

Almaniyanın Saksoniya əyalətində keçmiş atış poliqonunda böyük yanğın baş verib və sursatların partlama səsləri eşidilir.

MDR bu barədə məlumat yayıb.

"Yanğınsöndürənlər Meissen bölgəsindəki Qorişeide qəsəbəsində meşə yanğını ilə mübarizə aparır. Yerdəki köhnə döyüş sursatları əməliyyatı təhlükəli edir və hadisə şahidləri partlayışlar barədə məlumat veriblər", - deyə məlumatda qeyd olunub.

Qeyd olunur ki, rayonda fövqəladə vəziyyət elan edilib.

Mövsüm

Aznews.az