Tramp ABŞ-ın İrana qoşun yeritməsi imkanını nəzərdən keçirmir

İrana qarşı quru əməliyyatları vaxt itkisidir.

Aznews.az NBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, hazırkı vəziyyətdə İranda quru əməliyyatları planlaşdırmadığını vurğulayıb.

“Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Donanmalarını və itirə biləcəkləri nə varsa hamısını itiriblər”, - Tramp bəyan edib.

ABŞ Prezidenti İrana zərbələrin intensivliyinin artacağını da qeyd edib.