- Qərb
- 14:43
- 3 121
Fransa: 52 gəmimiz Fars körfəzində ilişib qalıb
Fransa nəqliyyat naziri Filipp Tabarot, su yolunun bağlanması səbəbindən 52 Fransa gəmisinin Fars körfəzində, 8-nin isə Qırmızı dənizdə ilişib qaldığını açıqlayıb.
Nazir Tabarot, gəmilərdə fransız heyətlərinin olduğunu və onlarla daim əlaqədə olduqlarını bildirib.
ABŞ və İsrailə hücumlardan sonra İranın Hörmüz boğazını bağlaması dəniz nəqliyyatına mənfi təsir göstərir. Bu, xüsusilə enerji və ticarət gəmilərinin keçidini dayandırıb və nəticədə Fransa gəmiləri də blokda qalıb.
Tabarot, Fransanın “CNews” telekanalına verdiyi müsahibədə gəmilərlə daim əlaqədə olduqlarını və vəziyyəti izlədiklərini bildirib. Səlahiyyətlilər heyətin təhlükəsizliyini və gəmilərin qorunmasını təmin etmək üçün tədbirlər görüldüyünü qeyd ediblər.
Mövsüm,
AzNews.az