- Qərb
- 6 Mart 19:36
- 3 139
ABŞ prezidenti Donald Tramp: İran qeyd-şərtsiz təslim olmalıdır
Yaxın Şərqdə müharibə davam edir...
Fevralın 28-də başlayan münaqişələr digər ölkələrə yayıldıqca, bir-birinin ardınca yeni və qızğın bəyanatlar gəlir.
Bir neçə saat əvvəl İran prezidenti Məsud Pazeşkian bəzi ölkələrin vasitəçilik səylərinə başladığını bildirən bir açıqlama vermişdi.
ABŞ prezidenti Donald Tramp sosial media platforması “Truth Social” vasitəsilə İrandakı müharibə ilə bağlı yeni açıqlama verib.
Donald Tramp öz paylaşımında İranla istənilən razılaşmanın yalnız "qeyd-şərtsiz təslim olmaq" şərti ilə mümkün olacağını bildirib.
"İran qeyd-şərtsiz təslim olmalıdır" deyən Donald Tramp, "Təslim olmaqdan başqa heç bir razılaşma əldə etməyəcəyik",- deyə vurğulayıb.
Mövsüm,
AzNews.az