Donald Tramp: “İranın elektrik təchizatını 1 saata məhv edə bilərik”

ABŞ Prezidenti Donald Trump ABŞ, İsrail və İran arasında davam edən müharibə ilə bağlı yeni açıqlamalar verib. Müharibənin 13-cü günündə Kentukki səfərindən sonra Vaşinqtona qayıdan Tramp Merilend ştatındakı hava limanında jurnalistlərin suallarını cavablandırıb.

“İranın elektrik infrastrukturunu 1 saata məhv edə bilərik”

Tramp bildirib ki, ABŞ istəsə, İranın enerji sisteminə ağır zərbə endirə bilər:

“Tehranın bəzi yerlərinə və digər ərazilərə zərbə endirə bilərik. Bunu etsək, onların ölkəni yenidən qurması demək olar ki, mümkünsüz olar. İranın elektrik infrastrukturunu bir saat ərzində məhv edə bilərik və onu bərpa etmək 25 il çəkə bilər. Amma biz bunu etmək istəmirik”.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton müharibənin daha da genişlənməsini istəmir, lakin bütün hərbi imkanlar masadadır.

“Biz onları nəzarətdə saxlayırıq”

Tramp ABŞ-da İranla əlaqəli hücrələrin fəaliyyəti ilə bağlı suala cavabında bildirib ki, ölkəyə çox sayda insanın keçmiş prezident Joe Biden dövründə həyata keçirilən “açıq sərhəd siyasəti” nəticəsində gəldiyini iddia edir.

“Mənə bu barədə məlumat verilib. Çox sayda insan gəlib, amma biz onların əksəriyyətinin harada olduğunu bilirik. Düşünürəm ki, hamısını nəzarətdə saxlayırıq”.

“İran üzərində sərbəst uçuruq”

Tramp müharibənin ABŞ üçün uğurlu getdiyini də vurğulayıb. Onun sözlərinə görə, İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib.

“Onların artıq demək olar ki, donanması, hava qüvvələri, zenit sistemləri və idarəetmə strukturları qalmayıb. İran üzərində tam sərbəst hərəkət edirik. Bu məsələni tam həll edənə qədər oradan ayrılmayacağıq”.

ABŞ prezidenti əlavə edib ki, əməliyyatlar zamanı İranın 58 hərbi gəmisinin və mina yerləşdirmə qurğularının məhv edildiyi iddia olunur.

Müharibənin yaxın vaxtda bitəcəyi gözlənilir

Trampın sözlərinə görə, İran artıq “yolun sonuna yaxınlaşır”, lakin bu, müharibənin dərhal başa çatacağı anlamına gəlmir.

“Biz işi lazımi şəkildə başa çatdırmalıyıq. Hər iki ildən bir geri qayıtmaq istəmirik. Bu məsələ çox tez həll olunacaq”.